"Rusiya qoşunları Ukrayna ilə sərhəddən geri çəkilir" - ABŞ açıqladı
"Rusiya qoşunları Ukrayna ilə sərhəddən geri çəkilir".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.
O, bildirb ki, Rusiya vəziyyəti gərginləşdirmək fikrində deyil.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Vaşinqtonun Ukrayna ilə bağlı narahatlığı azalmayıb.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bildirb ki, Ukrayna ilə sərhəddə rus qoşunlarının cəmləşməsi müşahidə olunur.












