Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalamaq istəyir - Paşinyan AÇIQLADI

 12:11 17.02.2022     324

“Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir”.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - o, deyib.

Paşinyan qeyd edib ki, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək:

“Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.

Vumart və Güvən reklamı Vumart Güvən