"Ermənistan hakimiyyəti küçə döyüşü olmadan getməyəcək" - Köçəryan
"Müxalifətin böyük kütlələri küçələrə çıxarıb etiraz aksiyaları təşkil edə biləcəyi məqam hələ yetişməyib".
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, mbunu Ermənistanın eks-prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.
"Təbii ki, hakimiyyətə son dərəcə mənfi münasibət bəsləyən vətəndaşların sayı artıb, lakin biz başa düşməliyik ki, müxalifətin də reytinqi aşağı düşür. Amma bizdən məyus olanlar iqtidarın fanatına çevrilmir, amma bizdən radikal addımlar gözləyənlər məyusdur”, - deyə o qeyd edib.
Eks-prezident buna baxmayaraq əmindir ki, hakimiyyət küçə döyüşləri olmadan getməyəcək:
"Amma bizə Köçəryan və ya başqası yox, küçələrə çıxıb hökuməti istefaya göndərmək istəyən kifayət qədər etiraz kütləsi lazımdır".
Onun sözlərinə görə, rəy sorğularının nəticələri göstərir ki, İrəvan sakinlərinin 42%-i hökumətdən son dərəcə narazıdır və yalnız 14%-i onu dəstəkləyir. O, əmindir ki, proseslər etiraz əhval-ruhiyyəsinin güclənməsi istiqamətində gedir və müxalifətə ancaq anı düzgün tutmaq lazımdır.
Köçəryan həmçinin bildirib ki, müxalifət küçə mübarizəsini gücləndirmək üçün kənar siqnalları gözləməyəcək.
T.İSMAYIL












