PKK liderlərindən daha biri məhv edildi

 16:52 17.02.2022     434

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriya ilə sərhəddə keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD terror qruplaşmasının “Hebat Gever” ləqəbli üzvü Süleyman Orhanı zərərsizləşdirildi.

Redaktor.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

S.Orhan 2022-ci il yanvarın 8-də Türkiyənin Şanlıurfa əyalətinin Akçakala sərhəd bölgəsində hərbi avtomobillərin keçdiyi ərazidə əldəqayrıma partlayıcının partladılmasını təşkil edib.

Bildirilib ki, o, Suriyanın Rəsulayn və Tel Abyad-Suluk rayonlarına terror hücumları ilə bağlı təlimat verib. Bu terror hücumları nəticəsində Rəsulaynda Türkiyənin 6, Tel Abyad-Suluk rayonunda isə Türkiyənin 3 hərbçisi şəhid olmuşdu.

Əvvəllər onun terrorçu İŞİD-ə qarşı mübarizədə öldüyü barədə yalan məlumat yayılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən