Polşa Rusiya ilə sərhəddə hasar tikmək istəyir
Polşa Rusiya ilə sərhəddə hasar tikmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə ZET radiosuna Polşanın müdafiə nazirinin müavini Voytsex Skurkeviç bildirib.
“Biz hazırda sərhəddə hasar çəkmirik, sadəcə olaraq planlaşdırırıq” – deyə Skurkeviç əlavə edib.
Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2 ölkə arasında quru sərhədinin uzunluğu 203,3 kilometrdir.












