Almaniya vətəndaşları Ukraynaya qarşı çıxdı

 14:24 18.02.2022     361

Almaniyada keçirilən sorğuya əsasən, vətəndaşların əksəriyyəti (53%) Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 31%-i Ukraynanın “yaxın illərdə alyansa daxil olmasının əleyhinədir”, 22%-i isə ölkənin NATO-ya qəbulunu tamamilə istisna edir. Almanların üçdə birindən azı (28%) hesab edir ki, Ukraynanın alyansa üzvlüyündən imtina etmək olmaz. Digər 19% bu məsələ ilə bağlı mövqe bildirməyib.

Qeyd edək ki, sorğu 2022-ci il 15-16 fevral tarixlərində telefon və onlayn rejimdə aparılıb, sorğuda 1202 nəfər iştirak edib. 

Vumart və Güvən reklamı Vumart Güvən