Göyərtəsində 4 min lüks avtomobil olan gəmi okeanda yandı

 03:00 19.02.2022     695

Atlantik okeanında, Azor adaları (Portuqaliyanın muxtar bölgəsi) yaxınlığında “Volkswagen Group” istehsalı olan 4000-ə yaxın premium avtomobili daşıyan “Felicity Ace” yük gəmisi yanıb.

Redaktor.az xəbər verir ki, hadisə fevralın 17-də baş verib. Gəmidə 22 ekipaj üzvü və “Porsche”, “Audi” və “Lamborghini” kimi markalar da daxil olmaqla 3 965 lüks avtomobil olub. İnsanlar gəmidən Portuqaliya hərbi dənizçiləri və dəniz aviasiyası tərəfindən təxliyə edilib.

Portuqaliya Sahil Patrulu təxminən 200 metr uzunluğunda gəminin yanmağa davam etdiyini bildirir.(oxu.az)

Vumart və Güvən reklamı Vumart Güvən