Putin Donetsk və Luqanskdan gələnlərə 10 min rubl ayırdı

 21:52 18.02.2022     503

Deyəsən nUkrayna ilə Rusiya arasında ehtimal olunan müharibə həqiqətə çevriləcək. Çünki artıq həm Donetskdən,həm də Luqanskdan yüzlərlə ailə Rusiyanın Rostov vilayətinə üz tutub.

Artıq Rusiya prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.

Redaktor.az Rusiya mətbuatına istinadla bildirir ki, Putin Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.

Həmçinin, Rostov vilayətində Donetsk və Luqanskdan evakuasiya ilə əlaqədar əməliyyat qərargahı yaradılıb.

Vumart və Güvən reklamı Vumart Güvən