Britaniya Kiyevdəki səfirliyini köçürür

 00:10 19.02.2022     321

Böyük Britaniyanın Ukraynadakı səfirliyi müvəqqəti olaraq Lvova köçür.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir. 

“Böyük Britaniyanın Kiyevdəki səfirliyi müvəqqəti olaraq köçür. Səfirliyin əməkdaşları Böyük Britaniyanın Lvovdakı səfirliyindən işləyirlər", - XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, fevralın 15-də Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə əlaqədar Britaniya səfirliyinin əməkdaşlarının bir hissəsinin Lvova köçdüyünü açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən