Almaniya ordusunun döyüş hazırlığı yüksəldildi

 00:41 19.02.2022     287

Almaniya Bundesveri mümkün eskalasiya halında NATO-nun Çevik Reaksiya Qüvvələrinin tərkibində öz qoşunlarının döyüş hazırlığı səviyyəsini yüksəldib.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Voltersin tələbi ilə və müttəfiqlərlə sıx koordinasiya əsasında federal hökumət Çevik Reaksiya Qüvvələrində iştirak edən Bundesverin döyüş hazırlığı səviyyəsini artırıb. Bu tədbir heç bir şəkildə yerdəyişmə ilə müşayiət olunmur, bu, NATO-nun Çevik Reaksiya Qüvvələrinin aktivləşdirilməsi vəziyyətində yenidən yerləşdirilmə üçün hazır vəziyyətə gəlmək üçün vaxtın azaldılması üçün hazırlıq tədbiridir”, - deyə məlumatda bildirilir.

Nazirlik xatırladıb ki, NATO qüvvələrinin köçürülməsi üçün Alyans Şurasının qərarı lazımdır.

Vumart və Güvən reklamı Vumart Güvən