Bu ölkə də Rusiyaya xəbərdarlıq etdi

 15:49 19.02.2022     377

"NATO Ukraynaya görə Rusiyanın hərəkətlərinə hərbi cavab verməyəcək, lakin sərt iqtisadi sanksiyalar tətbiq ediləcək".

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının Komitə sədri Mari-Aqnes Strak-Zimmerman Münhen Təhlükəsizlik Konfransında deyib.

“Sərt iqtisadi sanksiyalar artıq hazırdır və əgər Rusiya Prezidenti Vladimir Putin hərbi addım atarsa, bilməlidir ki, NATO tərəfindən hərbi əməliyyatlar aparılmayacaq. Lakin bunun sərt fəsadları olacaq. Ukrayna, təbii ki, müqavimət göstərəcək”, - komitə sədri bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən