"Rus qoşunlarının Ukraynanı işğal etməsi ehtimalı yüksəkdir" - Baş nazir

 09:00 20.02.2022     466

Ukrayna ətrafındakı vəziyyət Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson BBC-yə açıqlamasında deyib.

"Gördüyümüz plan miqyasına görə 1945-ci ildən bu günə kimi Avropada baş verən ən böyük müharibəni xatırladır", - o, bildirib.

Consonun sözlərinə görə, indi rus qoşunlarının Ukraynanı işğal etməsi ehtimalı yüksəkdir.

Baş nazir hesab edir ki, bu hərəkətlərdən həm ukraynalılar, həm də ruslar əziyyət çəkəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən