“Ən pis ssenari gələn həftə baş verə bilər” - Liz Trass

 10:50 20.02.2022     806

Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, Rusiya gələn həftə Ukraynaya hücum edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyində məlumat verilib.

O deyib ki, ən pis ssenari gələn həftə baş verə bilər: “Reallıq budur ki, Rusiya vaxtı geri qaytarmağa çalışır”.

Trussun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən bəri Avropanın təhlükəsizliyi üçün ən təhlükəli anlardan birini yaşayırıq: "Biz görünməmiş birlik nümayiş etdirməliyik. Ondan qorxuram ki, Rusiya diplomatik həll imkanını ciddi qəbul etmir”.

Vumart və Güvən reklamı Vumart Güvən