İmran Xan Rusiyaya səfər edəcək
Pakistanın Baş naziri İmran Xan fevralın 23-24-də Moskvaya səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə bazar günü TASS-a diplomatik dairələrdəki mənbə bildirib.
"Səfər fevralın 23-24-də baş tutacaq", - mənbə bildirib.
Bundan əvvəl “The Express Tribune” qəzeti Pakistan diplomatik mənbələrinə istinadən yazıb ki, İmran Xan fevralın sonunda Rusiyaya səfər edə bilər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Pakistanın baş nazirinin səfərinə hazırlıqların getdiyini təsdiqləyib.












