ÜST-dən XƏBƏRDARLIQ: Koronavirusun daha təhlükəli ştamı yarana bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xarici mediaya istinadla məlumatına görə, ÜST rəhbəri qeyd edib ki, koronavirusun daha təhlükəli ştammı yaranması mümkündür.
Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.
O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun omikron ştammının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması “pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə” səbəb olub. Bununla belə, ÜST-nin baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.












