Makron Putindən sonra Zelenski ilə də danışdı
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları 1 saat 45 dəqiqə davam edib. İndi respublika Prezidenti Volodimir Zelenski ilə telefonda danışır", - agentlik Fransa liderinin administrasiyasındakı mənbəyə istinadən yazıb.
Qeyd edək ki, daha əvvəl Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub.












