1 milyona yaxın donbaslı Rusiya vətəndaşı olmaq istəyir

 19:35 20.02.2022     643

Rusiya vətəndaşlığı üçün müraciət edən Donbas sakinlərinin sayı, son məlumatlara görə, təxminən 950 min nəfərdir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Dövlət Dumasının Rostov vilayətindən olan deputatı Viktor Vodolatskinin sözlərinə görə, artıq 770 mindən çox insan vətəndaşlıq alıb.

“Müraciət yazanların ümumi sayı 950 min nəfərə yaxındır. İnsanlar indi miqrasiya xidmətlərinə getməyə və Rusiya vətəndaşlığı üçün ərizə yazmağa davam edirlər”, - Vodolatski bildirib.

O, aydınlaşdırıb ki, fevralın 15-nə olan məlumata görə, DXR və LPR ərazisində yaşayan Rusiya vətəndaşlarının sayı 775 620 nəfərdir. Daha 170 000 nəfər hələ də vətəndaşlıq almaq prosesindədir. 

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən