Yunanlar Şimali Kiprə qarşı müharibəyə hazırlaşır?

 19:59 20.02.2022     586

Şimali Kipr Türk Cümhuriyyəti ətrafında yeni gərginlik yaranmaqdadır. Yayılan məlumatlara görə, adanın yunan hissəsində hərbi hazırlıqlar başlayıb və hətta keşişlər də avtomat silahlarla hərbi təlim keçirlər.

Redaktor.az xəbər verir ki, sözü gedən ölkənin prezidenti Ərsin Tatar bu məlumatı CNN Türk-ə şərh edərkən ta 1800-cü illərdən başlayaraq Kiprdə kilsənin və keşişlərin fəal olduğunu, ingilis müstəmləkə dövründə, ondan sonra da yunan kilsə keşişlərinin hərbi-siyasi proseslərdə həlledici rol oynadıqlarını deyib və Makariosun bir vaxtlar hətta prezident olduğunu xatırladıb.

Ərsin Tatar bir daha xatırladıb ki, Kipr məsələsi "iki dövlət" prinsipi ilə həll edilməlidir.

Qeyd edək ki, Yunanıstan və Cənubi Kipr son vaxtlar silahlanmaya xüsusi meyl edir. Yunanlar Egey dənizində Türkiyənin pilotsuz təyyarələrinin xüsusi üstünlük təşkil etdiyini etiraf edirlər. Türk PUA-larına qarşı F-16-lar qaldıran yunanlar deyir ki, bu çox bahalıdır, belə ki, F-16-ların 1 saatlıq uçuşu 25 min dollara başa gəlir. Yunanıstanın milyardlarla dollar sərf edərək İsraildən pilotsuz aparatlar icarə etdiyi də məlumdur.

Vumart və Güvən reklamı Vumart Güvən