Donbasdan 53 mindən çox insan təxliyə edildi
Ukraynanın Donbas bölgəsindən 53 mindən çox insan Rusiya ərazisinə təxliyə edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib.
Onlar Donbasdan 142 avtobusla Rostov vilayətindəki müvəqqəti yaşayış məntəqəsinə aparılıb.
Məlumata görə, indiyədək tibbi yardım üçün 419 nəfər müraciət edib. Təxliyə edilənlərə psixoloji yardım da göstərilir.












