Rusiyada itkin düşən nazir müavininin meyiti tapıldı
Rusiyada itkin düşən ədliyyə nazirinin keçmiş müavini Vladimir Yaluninin meyiti tapılıb.
Redaktor.az “Qazeta.ru” saytına istinadən xəbər verir ki, onun meyiti buz bağlamış çaydan tapılıb.
Xilasedicilər donmuş meyiti buzun üzərindənYaluninin yıxıldığı yerdən 10 kilometr aralıda aşkar ediblər.
Yaxınlarının sözlərinə görə, 70 yaşlı keçmiş nazir müavini fevralın 5-də axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb.
Xatırladaqm ki, Vladimir Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini olub.












