Sergey Lavrov Türkiyəli həmkarı ilə görüşəcək

 13:12 21.02.2022     396

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

Redaktor.az xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində baş tutacaq.

Lavrov, həmçinin Suriya üzrə Astana prosesi ölkələrinin (Rusiya, İran, Türkiyə) üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyə XİN-də bir mənbənin daha əvvəl verdiyi məlumata görə, Lavrov türkiyəli həmkarı ilə telefon danışığı zamanı Antalya Diplomatik Forumunda iştirakını təsdiq edib.

Qeyd edək ki, Antalya Diplomatik Forumu martın 11-13-ü keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən