Ermənilərdən deputatlarımıza qarşı təxribat - VİDEO

 15:01 21.02.2022     791

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran bir qrup şəxs Azərbaycan Milli Məclisinin deputatlarının İrəvana gəlişinə etiraz olaraq Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıblar.

Redaktor xəbər verir ki, onlar Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana səfərinin əleyhinə olduqlarını bildiriblər.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bununla bağlı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Etirazçıların azərbaycanlı deputatların səfərinə görə təşkil etdiyi etiraza polis müdaxilə edib. 

 

22222
Vumart və Güvən reklamı Vumart Güvən