Baltikyanı ölkələrin XİN başçıları Kiyevə səfər edəcək

 17:41 21.02.2022     468

Baltikyanı ölkələrin (Estoniya, Latviya, Litva) xarici işlər nazirləri Kiyevə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis "Twitter"də bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq iqtisadi, kiber və hərbi hücumlara məruz qalır və belə ağır zamanda Ukrayna ilə həmrəyiliyi nümayiş etdirməyin bir yolu da Kiyevə səfər etməkdir.

"Biz, Baltik ölkələrinin xarici işlər nazirləri bu həftə ora səfər edəcəyik. Aİ siyasətçilərinin indi olması lazım olan bir yer varsa, o da ukraynalı dostlarımızın yanındadır!" Landsberqis bildirib.(apa)

Vumart və Güvən reklamı Vumart Güvən