Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyini tanıdı - VİDEO

 23:34 21.02.2022     503

Rusiya Ukrayna ərzisindəki separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanıyıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.

Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. O, eyni zamanda həmin respublikalarla əməkdaşlıq haqqında fərman da verib.

Putin Donbasda vəziyyətin kritik həddə çatdığını bəyan edib və Federal Məclisdən lazımi sənədləri ratifikasiya etməyi xahiş edib.

Daha sonra Rusiya prezidenti  ilə qondarma “DXR”in rəhbəri Puşilin dostluq, əməkdaşlıq və yardım haqqında sazişi imzalayıb.

 Putin həmçinin Paseçniklə də Kremldə Rusiya Federasiyası ilə qondarma “LXR” arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişə imza atıb.

Vumart və Güvən reklamı Vumart Güvən