Şarl Mişel və Volodimir Zelenski telefonla danışdı

 09:49 22.02.2022     801

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bunu Aİ Şurasının rəhbəri tviterdə yazıb.

“Avropa İttifaqının Ukrayna ilə tam həmrəyliyini ifadə etmək üçün Prezident Zelenski ilə danışdım. Aİ qətiyyətlə sizin tərəfinizdədir və Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir. Rusiyanın bu addımı beynəlxalq hüquqa və qaydalara əsaslanan beynəlxalq nizama qarşı hücumdur”, - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən