Gələn aydan Gürcüstan sərhədlərini açacaq
Martın 1-dən etibarən tam vaksinlənmiş və ya son 72 saat ərzində əldə edilmiş neqativ cavablı PZR testi olan bütün xarici ölkələrin vətəndaşları quru, hava və ya dəniz yolu ilə Gürcüstana daxil ola biləcəklər.
Redaktor.az xəbər verir ki, qərar Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.












