Ukrayna ordusunun hərbçisi həlak oldu

 11:36 23.02.2022     332

Ukrayna ordusunun hərbi qulluqçusu Donbasda münaqişə zonasında atışma nəticəsində dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Hərbi Əməliyyatlar Qərargahı yayıb.

Məlumata görə, daha bir hərbi qulluqçu yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, xarici media yazır ki, fevralın 17-si Donbasda təmas xəttində vəziyyət gərginləşib. Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumi səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb.(qafqazinfo)

Vumart və Güvən reklamı Vumart Güvən