Ukrayna Rusiya ilə müharibəyə gedir? - Ümumi səfərbərlik elan edildi

 14:22 23.02.2022     407

Ukraynada dərhal hərbi vəziyyət tətbiq oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

“Ukraynada lazım gələrsə, dərhal hərbi vəziyyət tətbiq oluna bilər. Belə qərara ehtiyac olarsa, dərhal veriləcək”,- Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Ukraynada fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul olunub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.

Bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Qərar qanunverici orqanda təsdiqlənəndən sonra qüvvəyə minəcək və ölkədə fövqəladə vəziyyət tətbiq olunacaq.

Bu arada, Ukraynada ümumi səfərbərlik elan edilib. Yaşı 18-dən 60-a qədər olan ehtiyatdakı hərbçilərin hərbi xidmətə çağırılmasına başlanılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti bu barədə məlumat yayıb.

"18 yaşdan 60 yaşa qədər ehtiyatda olan hərbçilər çağırılacaq. Bunlar həm zabit, həm sıravi, həm də kiçik zabitlər olacaq. Bu gün çağırış başlayacaq. Maksimum xidmət müddəti 1 ildir", - məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 22-də ölkə üçün xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Vumart və Güvən reklamı Vumart Güvən