"Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər” - Vitse-kansler:

 14:39 23.02.2022     381

“Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər”.

Redaktor.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek yerli radio kanallaırndan birinə müsahibəsində bildirib.

O, aparıcının “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Bəli, bu mümkündür”.

R.Xabek qeyd edib ki, Almaniyanın Rusiyadan başqa yerlərdən təbii qaz və xammal idxal etmək imkanları var: “Bunu gücləndirmək lazımdır”.

Xatırladaq ki, fevralın 22-də Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda başçılıq etdiyi hökumətin Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırdığını bildirmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən