Rusiya müharibəyə başladı - Putin göstəriş verdi

 08:00 24.02.2022     408

Rusiya Prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat keçirilməsi haqqında qərar qəbul edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xalqa müraciətində bildirib.

“Vəziyyətlər Rusiyadan qətiyyətli addımlar tələb edir” - Putin deyib.

Onun sözlərinə görə, mümkün qan tökülməsinə görə bütün məsuliyyəti tamamilə Ukrayna hökuməti daşıyacaq.

Putin müraciətində bildirib ki, ədalət və həqiqət Rusiyanın tərəfindədir. O, ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən