Ukraynada hərbi anbarlarda partlayış: ölənlər və yaralılar var

 15:03 24.02.2022     320

Ukraynanın Vinnitsk əyalətinin Kalinovka şəhərində hərbi anbarların atəşə tutulması nəticəsində ərazidə yanğınlar baş verib.

Redaktor.az xəbər verir ki, Kalinovkadakı hərbi hissədə baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, 26-sı yaralanıb. Partlayış dalğası hərbi hissə ərazisindəki bir neçə binanın da dağılmasına səbəb olub. Hazırda ərazidə yanğının söndürülməsinə çalışılır.

Hərbçilərin əhalinin təxliyəsi ilə də məşğul olduğu qeyd edilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən