Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sabah təsdiqlənəcək - Jozef Borell

 17:30 24.02.2022     440

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları sabah, fevralın 25-də rəsmi şəkildə təsdiqlənəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borell deyib.

“Hazırda texniki qruplar mətnləri yekunlaşdırırlar. Sanksiyalar sabah təsdiqlənəcək. Sanksiyalar Rusiyanın iqtisadiyyatına təsir edəcək. Bu bizim müharibəmiz olmasa da, söhbət bizim təhlükəsizliyimizdən gedir”, - o, bildirib.

J.Borell əlavə edib ki, Rusiya bu miqyasda müharibəyə uzun müddətdən bəri hazırlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən