"Döyüşlər bütün sərhəd boyu gedir" - Ukrayna prezidenti ofisinin rəhbəri

 18:14 24.02.2022     557

“Hazırda Rusiya Federasiyası ilə bütün sərhədboyu döyüşlər gedir. Rusiya ordusu Ukraynaya hücum edir”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Mixaylo Podoliak brifinqdə bildirib.

Onun dediyinə görə, hazırda vəziyyət nəzarət altındadır.

“Şəhərlər, xüsusilə də hava limanları, hərbi infrastruktur və sairin atəşə tutulması ilə bağlı təbii fəsadlar ola biləcəyini deməliyəm. Bu fəsadların gün ərzində olacağı yəqindir" - deyə Ukrayna rəsmisi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən