Avropa İttifaqı Rusiyadan səfirini geri çağırdı

 19:31 24.02.2022     429

Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı səfiri çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

Aİ-nin Rusiyanın Ukraynaya təcavüzünə reaksiyası kontekstində Ali Nümayəndə Cozep Borrell Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sanninoya Rusiya Federasiyasının Avropa İttifaqındakı səfiri Vladimir Çizovu bu gün Brüsselə çağırmağı tapşırıb.

Baş katib Sannino Rusiya diplomatı ilə görüşdə Aİ-nin Rusiya Federasiyasının silahlı qüvvələrinin Ukraynaya əsassız hücumunu kəskin şəkildə pislədiyini və Rusiya Prezidenti Vladimir Putinə hərbi əməliyyatları dərhal dayandırmaq, bütün qüvvə və hərbi texnikanı qeyd-şərtsiz Ukraynanın bütün ərazisindən çıxarmaq tələbini çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən