Britaniya "Aeroflot"a sanksiya tətbiq etdi

 22:31 24.02.2022     575

Britaniya Rusiyanın “Aeroflot” aviaşirkətinə sanksiya tətbiq edib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib.

Qeyd olunur ki, şirkətə məxsus təyyarələr Britaniyaya eniş edə bilməyəcəklər.

Conson bütün böyük Rusiya banklarının aktivlərinin dondurulacağını və Böyük Britaniyanın maliyyə sistemindən kənarlaşdırılacağını da bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən