"Ordu tapşırığı yerinə yetirdi" - Rusiya Müdafiə Nazirliyi

 22:50 24.02.2022     321

Rusiya ordusu bu gün üçün qarşısını qoyulan hərbi tapşırığı yerinə yetirib.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya MN-in rəsmisi İqor Konaşenkov deyib.

“RF hərbi birləşmələrinin bu gün üçün qarşısına qoyulan tapşırıqlar uğurla yerinə yetirilib”, - Konaşenkov deyib.

O bildirib ki, Rusiya SQ-nin zərbələri nəticəsində Ukraynanın 83 yerüstü hərbi infrastrukturu, iki Su-27, iki Su-24, bir helikopter və 4 “Bayraqdar TV-2” PUA-sı məhv edilib.

Konaşenkovun sözlərinə görə, xüsusi hərbi əməliyyat davam edir, Luqansk “xalq respublikası”nın döyüşçüləri 6-8 km irəliləyib.

O deyib ki, hava desant qüvvələrinin də dəstəyi ilə Xersona çıxış təmin edilib və Şimali Krım kanalı açılıb, Krımın su təchizatı bərpa edilib.

Vumart və Güvən reklamı Vumart Güvən