Ərdoğan Azərbaycanla imzalanmış sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin sentyabrın 28-də Ankarada Azərbaycanla imzalanan sazişi təsdiqləyib.
Redaktor.az xəbər verir ki, sənəd “Resmi Gazete”də dərc olunub.
Sənədə əsasən, “Türkiyə Hökuməti ilə Azərbaycan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiqlənib.












