"118 hədəf məhv edilib, 150-dən çox hərbçi əsir götürülüb" - Rusiya MN

 12:28 25.02.2022     422

Rusiya Ordusu Ukraynada 118 hərbi infrastruktur obyektini, o cümlədən, 11 hərbi aerodromu, 13 idarəetmə məntəqəsini və rabitə qovşağını, 14 S-300 və “OSA” kompleksini və 36 RLS-i məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bundan başqa, 5 hərbi təyyarə, 1 helikopter, 5 PUA, 18 tank, 5 döyüş kateri və 18 reaktiv yaylım atəşi sisteminin məhv edildiyi açıqlanıb.

Rusiya tərəfi Ukrayna Ordusunun fərqli güc strukturlarına məxsus 150-dən çox hərbçisinin əsir götürüldüyünü bəyan edib.

Vumart və Güvən reklamı Vumart Güvən