Nikaha girib cəbhəyə getdilər - VİDEO

 13:01 25.02.2022     395

Ukraynada yaşayan cütlük Rusiyanın Ukraynaya hücumundan sonra may ayına planlaşdırılan nikah gününü qabağa salıblar.

Redaktor.az xəbər verir ki, Kiyevdə həyəcan siqnallarının sədaları altında kilsəyə gedən 21 yaşlı Yarina Ariyeva və 24 yaşlı Sviatoslav Fursin nikah bağlayıblar.

Ölkədən ayrılmağın düşünmədiklərini deyən cütlük nikaha girdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüblər.

“Torpağımız uğrunda vuruşacağıq. Ölə bilərik, ona görə də bundan əvvəl evlənmək istədik”, - deyə Ariyeva deyib.

Gənc proqramçılar bildiriblər ki, onlara hansı vəzifənin həvalə olunacağını bilmirlər:

“Bəlkə bizə zireh verəcəklər, döyüşəcəyik, bəlkə də başqa şeydə köməyimiz dəyəcək”.

Gənc cütlüyün bu addımı dünya mediasında gündəm olub.

Vumart və Güvən reklamı Vumart Güvən