Kiyevdə üç körpü partladıldı
Ukraynanın paytaxtı Kiyevə Rusiya Silahlı Qüvvələrinin tanklarının keçidini dayandırmaq üçün üç körpü partladılıb.
Redaktor.az xəbər verir ki, Kiyevin cənub-şərq girişində Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.
Belə ki, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar. Bu səbəbdən, tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.












