“Kiyev yaxınlığında 200-dən çox hərbçi zərərsizləşdirilib” - Rusiya MN

 17:07 25.02.2022     817

“Rusiya Silahlı Qüvvələrinin desantları fevralın 24-ü Kiyev ətrafında yerləşən Qostomel aerodromunun ərazisində uğurlu eniş əməliyyatı həyata keçirib”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, əməliyyata Rusiyanın 200-dən çox helikopteri cəlb olunub.

Bildirilir ki, əməliyyat zamanı 200-dən çox ukraynalı hərbçi öldürülüb. Rusiya tərəfindən itki olmadığı qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən