Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI: 2800 ölü, 80 tank, 10 qırıcı...

 19:50 25.02.2022     2742

Ukrayna Müdafiə Nazirliyi Rusiya ordusunun 2 800 nəfər itki verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Anna Malyar feysbukda paylaşım edib.

“Rusiyanın Ukrayna ərazisinə açıq irimiqyaslı hücuma keçməsindən indiyədək qarşı tərəfin 80-dək tankı, 516 müxtəlif tipli zirehli maşını, 10 təyyarəsi, 7 helikopteri məhv edilib”.

***

Ukraynada xüsusi hərbi əməliyyata başlayan Rusiya Silahlı Qüvvələri bu gün 1000-dən çox itki verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Silahlı Qüvvələrinin Quru Qoşunları yayıb.

“Rusiya başladığı heç bir silahlı münaqişədə mövcud olduğu bütün dövr ərzində döyüş əməliyyatları zamanı bu qədər hərbçi itkisinə məruz qalmayıb. Rusiyalı analar öz oğullarını ölümə göndərir, çünki Ukraynanın Silahlı Qüvvələri müdafiədə duraraq öz torpaqlarını işğalçıdan qoruyacaq. Ukraynanın Silahlı Qüvvələrinə inanın!”, - deyə məlumatda qeyd olunub.