Tbilisidə minlərlə insan Ukraynaya görə baş nazirin istefasını tələb etdi - FOTO
Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında mitinq keçirilib.
Redaktor.az xəbər verir ki, minlərlə iştirakçı Baş nazir İrakli Qaribaşvilinin Ukrayna məsələsi ilə bağlı mövqeyinə görə istefasını tələb ediblər.
Aksiyada Ukraynaya dəstək şüarları da səsləndirilib.
Mitinqdə ictimai xadimlər, siyasətçilər, ictimai fəallar və sıravi vətəndaşlar iştirak edib.
Qeyd edək ki, İ.Qaribaşvili bu gün jurnalistlərə açıqlamasında Gürcüstanın Rusiya əleyhinə maliyyə və iqtisadi sanksiyalara qoşulmayacağını bildirib. O, həmçinin Ukrayna xalqına dəstək ifadə etmək üçün Kiyevə gedəcəyini istisna edib.
















