"40 saatdan çox rus işğalçılarının dəf edilməsi sübut etdi ki..." - Ukraynanın müdafiə naziri

 00:21 26.02.2022     1869

“Əziz ukraynalılar! 40 saatdan çox rus işğalçılarının dəf edilməsi sübut etdi ki, bizdə Avropanın ən güclü ordusu və qorxmaz xalqı var. Biz bunu artıq bilirdik. İndi hamı bunu gördü və dərk etməyə başladı".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

"Müdafiəçilərimiz qəhrəmancasına mübarizələrinin hər dəqiqəsində dünyada Ukraynaya münasibəti dəyişirlər. Bu dəstəyi artırır. Ukraynalılar indi çoxdan layiq olduqları gələcək üçün mübarizə aparırlar. Həm özünün, həm də bütün Avropanın. Biz mütləq qalib gələcəyik! Ukraynaya şöhrət! Ukrayna Ordusuna şöhrət!", - deyə nazir sosial şəbəkədəki müraciətində yazıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən