ABŞ Avropaya əlavə hərbi qüvvə göndərir - Bayden təsdiqlədi

 01:46 26.02.2022     633

"Dünən qeyd etdiyim kimi, Birləşmiş Ştatlar NATO ərazisinin hər qarışını müdafiə edəcək. Alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Mən NATO-dakı müttəfiqlərimizi dəstəkləmək üçün Avropada imkanlarımızı artırmaq üçün əlavə qüvvələrin yerləşdirilməsinə göstəriş vermişəm".

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden cümə günü yaydığı bəyanatda bildirib.

O, Rusiya Prezidenti Vladimir Putini beynəlxalq sülh və təhlükəsizliyin əsaslarını təhdid etməkdə ittiham edib. Onun sözlərinə görə, NATO isə öz növbəsində azadlıq və demokratiyanın tərəfdarı olduğunu bir daha nümayiş etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən