“Putinin təklifi ilə razılaşdıq, yer və vaxtla bağlı danışıqlar aparılır” - Zelenskinin mətbuat katibi

 02:06 26.02.2022     995

“Ukrayna tərəfi danışıqlardan imtina etdi. Kiyev rejiminin nümayəndələri bu məsələni sabaha qədər təxirə salmağı təklif etdilər”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Rusiya rəsmisini təkzib edib.

“Mən danışıqlardan imtina etməyimiz barədə bəyanatları təkzib edirəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər yer və vaxtla bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansı bir o qədər çox olar”, - deyə Sergey Nikiforov sosial şəbəkədə yazıb.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə UNİAN-a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər.

"Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır", - Podolyak deyib.

Vumart və Güvən reklamı Vumart Güvən