Daha bir ölkə Putin və Lavrova sanksiyalar tətbiq etdi

 11:40 26.02.2022     1153

Kanada Ukraynadakı hadisələrə görə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib.

"Kanada üçüncü sərt koordinasiyalı sanksiyalarımızı elan edir. Birincisi, biz Prezident Putinə və bu müharibənin digər memarlarına qarşı sanksiyalar tətbiq edəcəyik", o, televiziya ilə çıxışında deyib.

Sanksiyaya məruz qalan Rusiya liderləri arasında Trüdo Lavrovun da adını çəkib.

Vumart və Güvən reklamı Vumart Güvən