Zelenski güclü dəstəyə görə Türkiyəyə təşəkkür etdi

 17:47 26.02.2022     2709

“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Vumart və Güvən reklamı Vumart Güvən