Rusiyanın SWIFT-dən ayırmaq üçün hazırlıqlara başlanılıb
“Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlara başlanılıb”.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
“Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər”, - deyə o, əlavə edib.
Nazir qeyd edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.
Məlumat üçün bildirək ki, 1973-cü ildə yaradılan SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemi banklararası mesajlaşma sistemidir. Hər gün milyonlarca ödəniş və ya pul köçürməsi bu sistem vasitəsilə bankların balansında əks olunur. SWIFT sistemi Belçikada qeydiyyatdan keçib və şirkətin fəaliyyətinə Avropanın aparıcı ölkələrinin mərkəzi bankları tərəfindən nəzarət edilir. Bu ödəniş sistemi dünyada ən səmərəli və sürətli maliyyə mesajlaşma xidməti kimi tanınır.












