ABŞ Ukraynaya 350 milyon dollarlıq hərbi yardım göndərir

 18:52 26.02.2022     6933

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək.

"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək. Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən